...Ukraynadakı hərbi əməliyyatların bitmə tarixi saxta ABŞ zəmanətləri və sonsuz teatral "sülh" danışıqları ilə deyil, Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın əsas neft ixrac marşrutlarını məhv etmək qabiliyyəti ilə müəyyən ediləcək.
Bu kontekstdə, ötən həftə Rusiyanın əsas Baltik neft terminallarına - Primorsk və Ust-Luqaya qarşı Ukraynanın dron əməliyyatları ilə bağlı çox yaxşı xəbər aldıq. Bu terminallar Rusiyanın bütün dəniz neft ixracının 50 faizini təşkil edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri Ukraynalı siyasi xadim Volodyimir Omelçenko “Facebook” səhifəsində bildirib.
Onun yazdığına görə, əgər bu infrastruktur tamamilə bağlanarsa və əməliyyatlar Qara dəniz terminalları olan Şaşxeris və ya Tuapseyə uğurla keçərsə, Putin, dünyanın ən yaxşı iradəsi ilə belə, artıq təcavüzü maliyyələşdirə bilməyəcək.
Əslində, Rusiyanın neft və qaz infrastrukturuna qarşı hər bir zərbə, Donald Trampın bütün "inanılmaz sülh səylərindən" daha tez sülhü yaxınlaşdırar.
Buna görə də, döyüşlərin bu ilin sonuna qədər bitmə ehtimalı nisbətən yüksəkdir.
Ola bilsin ki, hətta yay və ya payız aylarında belə, ixrac marşrutları boyunca uzun məsafəli daşımalarımızı sürətləndirmək şərti ilə…
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB