...Vladimir Putin son on ildə münaqişələrin alovlanmasındakı roluna görə Avropaya miqrasiyanın "əsas hərəkətverici qüvvəsi"dir.
SİA xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, bu barədə Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə Komissarı bildirib.
Aİ rəsmisinin açıqlaması blokun Yaxın Şərqdən qaçqın axınının artmasına hazırlaşdığı bir vaxtda verilib.
Brunner bildirib ki, böyük miqrasiya axınlarının arxasında Rusiyanın qeyri-qanuni prezidenti dayanır.
...Həmişə Vladimir Putindir, - deyə o bildirib.
Avropa komissarı Putinin 2011-ci ildə başlayan vətəndaş müharibəsi boyunca 2024-cü ilin sonlarında Rusiyaya qaçan keçmiş Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyini xatırladıb.
Suriyadakı hərbi əməliyyatlar Avropada miqrasiya böhranına səbəb olub. Media xəbərlərinə görə, 2015-2016-cı illər arasında 2 milyondan çox insan Aİ ölkələrindən sığınacaq istəyib.
Avropaya ikinci miqrasiya axını Rusiyanın Ukraynaya tammiqyaslı işğalı səbəbindən baş verib.
Brunnerin sözlərinə görə, təxminən 4,3 milyon ukraynalıya AB-də müvəqqəti qorunma verilib.
İrandakı müharibə ilə bağlı Brunner qeyd edib ki, Rusiya müharibəni başlatmasa belə, Putin ayətullah rejimini dəstəkləyib.
Komissarın sözlərinə görə, buna görə də o, faktiki olaraq Avropaya miqrasiyanın əsas hərəkətverici qüvvəsidir.
Media xəbər verir ki, keçmiş Almaniya kansleri Angela Merkelin Suriyadan qaçqınları qəbul etdiyi 2015-ci ildən fərqli olaraq, Avropa ölkələri indi Yaxın Şərqdəki müharibə fonunda kütləvi qaçqın axınının qarşısını almağa çalışırlar. İtaliya və Danimarka da daxil olmaqla bir neçə AB ölkəsi sərhədlərini bağlamaqda israr edir.
Birgə məktubda Danimarkanın Baş naziri Mette Frederiksen və İtaliyanın Baş naziri Ciorcia Meloni xəbərdarlıq ediblər ki, "2015-2016-cı illərdə gördüyümüz qaçqın və miqrant axınının AB-yə təkrarlanması riskini daşıya bilmərik".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB