Ceff Bezos kosmosda Elon Musk ilə rəqabət aparır…

Amazon-un baş direktoru Jeff Bezosun Blue Origin şirkəti 5408 peykdən ibarət şəbəkənin yaradıldığını elan etdi…

...Ceff Bezos tərəfindən qurulan Blue Origin şirkəti, Elon Muskın Starlink sistemi ilə rəqabət aparmaq üçün hazırlanmış genişmiqyaslı peyk internet layihəsi olan TeraWave-in istifadəyə verildiyini elan etdi.

Şəbəkənin yerləşdirilməsi 2027-ci ilin sonuna planlaşdırılır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Interesting Engineering yazır.

Layihə 5400-dən çox peykin orbitə çıxarılmasını nəzərdə tutur və əsasən məlumat mərkəzləri, böyük korporasiyalar və milli təhlükəsizlik sektoru da daxil olmaqla dövlət qurumları kimi yüksək məlumat ötürmə tələbləri olan müştərilərə yönəlib.

Şirkət iddia edir ki, TeraWave yüksək məlumat sürəti, yüksək sabitlik və sürətli miqyaslanma təmin edəcək.

Şəbəkə aşağı Yer orbitində 5280 peykdən və orta Yer orbitində 128 yüksək güclü peykdən ibarət olacaq.

Blue Origin şirkətinə görə, sonuncu lazer rabitəsindən istifadə edərək "orbital onurğa körpüsü" kimi çıxış edərək saniyədə 6 terabitə qədər sürətlə məlumat ötürə biləcək.

Aşağı Yer orbitində peyklər saniyədə 144 giqabitə qədər sürət təmin edəcək. Layihə, peyk sayına görə Starlink-dən kiçik olsa da (SpaceX-in artıq 9500-dən çoxu var), kütləvi bazara yönəlmiş Starlink-dən fərqli olaraq, Blue Origin premium bazar seqmentini hədəf alır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə