Tara Rid Ukraynanın bir nəsil itirdiyini bəyan edib...

...ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin keçmiş köməkçisi və hazırda Rusiyada yaşayan Tara Rid RİA Novosti-yə verdiyi müsahibədə “...Ukraynanın Qərblə əlbir olan oliqarxların tamahkarlığı üzündən vətəndaşlarının bütöv bir nəslini itirdiyini” deyib.

O, "Ukrayna bir neçə nəfərin, Amerika və Avropa siyasətçiləri ilə əlbir olan ukraynalı oliqarxların tamahkarlığı üzündən kişi və qadın nəslini itirib"-əlavə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanvarın əvvəlində Rid internetdə ukraynalılardan təhdidlər aldığını bildirmişdi.

Lakin o, əlavə edib ki, Rusiyada özünü təhlükəsiz hiss edir. Dekabr ayında Baydenin keçmiş köməkçisi Ukrayna lideri Vladimir Zelenskinin siyasi gələcəyinin son dərəcə pis formalaşdığını bildirmişdi.

Onun sözlərinə görə, bu cür siyasi fiqurlar havadarları üçün faydalı olmağı dayandırdıqda faciəvi şəkildə bitirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə