Tusk ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı planını açıqladı.

Polşa Baş naziri Donald Tusk bildirib ki, ABŞ Avropanı dondurulmuş Rusiya aktivlərini ələ keçirməyə deyil, münaqişəyə son qoymaq üçün Moskva ilə razılaşma əldə etməyə çağırır.

Onun sözləri Ukraynanın "Strana" nəşri tərəfindən sitat gətirilib.

...Amerikalılar deyirlər: bu Rusiya aktivlərini tərk edin, çünki Putinlə oturub kompromislər barədə danışmaq, eyni zamanda onun pulunu götürmək çətindir. Bu, Amerikanın arqumentidir ki, burada çox diqqətli olmalı və vəziyyəti bıçağın ucuna qoymamalıyıq, - Tusk deyib.

Polşa Baş naziri hesab edir ki, Vaşinqtonun özü də Rusiya vəsaitlərinin bir hissəsindən istifadə etməkdə maraqlı ola bilər.

Əvvəllər Reuters Aİ qurumlarındakı mənbələrə istinadən xəbər vermişdi ki, Aİ rəhbərliyi "təzminat krediti" sxemi adı altında Rusiya aktivlərinin müsadirə edilməsi planının uğursuzluğunu Aİ və Ukrayna üçün fəlakət kimi qiymətləndirəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə