...Gərək ki, xatırlamış olarsınız: SİA bir müddət bundan əvvəl Polşa ilə Belarus sərhədində tunellərin aşkar edilməsi barədə yazmışdı.
Və budur, Polşa Daxili İşlər və Administrasiya naziri Marçin Kervinski, kimin göstərişləri olmasa da, amma hər halda tunellərin kürd miqrantları tərəfindən qazıldığını iddia edir.
Onun dediyinə görə, "Belarus xidmətləri çoxlu kürd gətirir. Bunlar kürdlər idi. Dördüncü tuneldən danışdığımız üçün bütün bu tunellərin kürdlər tərəfindən qazılıb-qazılmadığını bilmirəm. Kürdüstandan olan miqrantlar bu işdə iştirak edir, tunellər qazırlar. Qeyri-rəsmi olaraq bildiyimiz qədər, onlar müəyyən üstünlüklər əldə edirlər - xüsusən də Belarus xidmətlərinin tuneldən keçməsi üçün növbədə birinci olmaq hüququ",
Qeyd edək ki, Kervinski RMF FM-ə verdiyi müsahibədə belə deyib.
Yeri gəlmişkən, Polşa sərhədçiləri 12 dekabrda Belarus-Polşa sərhədinin altında bir tunel aşkar ediblər.
Onu da qeyd edək ki, bu tunellər onlarla metr uzanır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB