Çin insan sağlamlığının təhlükəsizliyi ilə əlaqədar 2026-cı ildən civə termometrlərinin istehsalını qadağan edəcək.
SİA xəbər verir ki, bu barədə Çin Dövlət Tibbi İstehsalat Administrasiyası məlumat yayıb.
Qurum hesab edir ki, bu cür termometrlərin sınmaq ehtimalı böyük olduğu üçün insanların sağlamlığına təhlükə yaradır. Üstəlik hazırda həmin cihazların elektron, rəqəmsal və infraqırmızı alternativləri çoxdur. Bu səbəbdən insan sağlamlığına təhlükəsi nəzərə alınaraq civə termometrlərinin istehsalı dayandırılacaq.
Uzun illər insan bədəninin hərarətini ölçmək üçün istifadə olunan ənənəvi cihazlar tarixə qovuşmaq üzrədir. Bu cür termometrlər dəqiqliyi ilə seçilməklə yanaşı, hər evin tibb guşəsində rast gəlinən cihazlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB