...SİA-nın məlumatına görə, Politico hərbi blok daxilindəki diplomatlara istinadən xəbər verir ki, ABŞ-ın geri çəkilməsi halında NATO-nun heç bir ehtiyat planı yoxdur.
Nəşrin mənbələrindən birinə görə, ABŞ alyansın ən böyük üzv dövləti olduğundan, NATO müttəfiqlərin ABŞ olmadan gələcək üçün planlar qura biləcəyi yer deyil.
…Bu, NATO-nun mahiyyətinə zidd olardı, - deyə diplomat bildirib.
Qeyd olunur ki, NATO rəsmiləri hazırda ABŞ administrasiyasından gələn siqnalları ABŞ-ın geri çəkilməsinin xəbərçisi kimi deyil, Vaşinqtonun Arktika və Hind-Sakit Okean bölgəsinə yenidən yönəlməsi kontekstində "Avropa üçün güclü həyəcan siqnalı" kimi şərh edirlər.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın NATO-nun əleyhdarı olmadığını bildirmişdi.
…Siz NATO-dan danışırsınız. Prezident NATO-ya qarşı deyil, - deyə o vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB