Avropa Birliyi Lukaşenko rejiminə qarşı yeni sanksiyalar hazırlayır...

Meteoroloji şarlara hibrid hücumlara cavab olaraq...

...Brüsseldə Avropa Birliyi ölkələrinin nümayəndələri Litvaya qarşı hibrid hücumlarla əlaqədar Belarusa qarşı sanksiyaların genişləndirilməsi barədə razılığa gəliblər.

SİA xəbər verir ki, Azadlıq Radiosunun jurnalisti Rikard Yozviakın sözlərinə görə, sanksiyalar Litvaya qaçaqmalçılıqla aparılan şarların kütləvi uçuşları ilə əlaqədar Belarusu hədəf alacaq.

Yeni sanksiyalar paketinin gələn həftə Avropa Ittifaqı xarici işlər nazirlərinin görüşündə rəsmi təsdiqlənməsi gözlənilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə