Belarusda inflyasiya sürətlənir...

Lukaşenkonun tərəfdarları artan ərzaq qiymətlərinin qarşısını ala bilmirlər...

...SİA xəbər verir ki, Belstat-ın məlumatına görə, noyabr ayında Belarusda illik inflyasiya 7 faizə çatıb.

Bir ay əvvəl bu rəqəm 6,9 faiz təşkil edib.

Bununla yanaşı, illik ərzaq inflyasiyası təxminən 10 faiz səviyyəsində qalır. Noyabr ayında Belstat oktyabr ayı ilə müqayisədə 0,4 faiz inflyasiya qeydə alıb.

Ötən ay ərzaq qiymətləri 0,8 faiz artıb.

Qeyri-ərzaq məhsulları 0,02 faiz, pullu xidmətlər isə 0,1faiz artıb.

Noyabr ayında illik ərzaq inflyasiyası 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,9 faiz (bir ay əvvəl 9,8 faiz), qeyri-ərzaq məhsulları 2,6 faiz (2,5 faiz), pullu xidmətlər isə 7,7 faiz (7,6 faiz ilə müqayisədə) təşkil edib.

Bu ilin ilk 11 ayında inflyasiya 6,5 faiz təşkil edib. Ərzaq qiymətləri bu dövrdə ən çox 8,5 faiz artıb.

Hakimiyyət orqanları əvvəllər 2025-ci il üçün inflyasiyanın 5 faizə qədər olacağını proqnozlaşdırırdılar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə