...SİA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Politico"ya verdiyi müsahibədə Venesuela diktatoru Nikolas Maduronun hakimiyyəti tezliklə başa çatacaq, deyə bildirib.
“...Onun günləri sayılıdır”. Bunu da Tramp bildirib.
Amerika lideri ABŞ-ın Venesuelaya quru qoşunlarının müdaxiləsinin istisna edilib-edilməməsi sualına dəqiq cavab verməyib: "Mən bu variantı təsdiqləmək və ya istisna etmək istəmirəm. Bu barədə danışmaq istəmirəm".
Qeyd edək ki, ABŞ son aylarda Karib dənizində əhəmiyyətli qüvvələr toplayır.
Noyabrın ortalarına qədər bölgədəki ABŞ qoşunlarının sayı 15.000-ə çatıb. Bu, Karib dənizində onilliklər ərzində ən böyük ABŞ qoşunlarının iştirakıdır.
29 noyabrda Tramp Venesuela üzərindəki hava məkanının bağlandığını elan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB