"Rosneft"in Sızran neft emalı zavodu fəaliyyətini dayandırıb...

Dron hücumu səbəbindən...

...SİA xəbər verir ki, Reuters agentliyinin iki sənaye mənbəyinə istinadən verdiyi məlumata görə, “Rosneft”-in Syzran Neft Emalı Zavodu 5 dekabrda dron hücumunda emal avadanlıqlarına dəyən ziyana görə neft emalını dayandırıb. Mənbələrdən biri ildə 8,5 milyon ton emal gücünə malik olan neft emalı zavodunun təmirinin bir neçə həftə çəkə biləcəyini təxmin edir.

O, "Neft emalı zavodunun dekabrın sonuna qədər təmir altında olacağı gözlənilir", - deyib. Dron hücumu zavodun gücünün 70 faizini təşkil edən AVT-6 xam neft distillə qurğusuna zərər vurub.

Avqustun ortalarında dron hücumunda da zədələnib və təmir təxminən iki həftə çəkib.

Keçən il Syzran Neft Emalı Zavodu 4,3 milyon ton neft emal edib və 0,8 milyon ton avtomobil benzini, 1,5 milyon ton dizel yanacağı və 0,7 milyon ton yanacaq mazutu istehsal edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə