...ABŞ prezidenti Donald Tramp yaydan bəri ikinci dəfə Krımı "dörd tərəfdən okeanla əhatə olunmuş" bir ərazi kimi təsvir etdi və yenidən yarımadanı "nəhəng" adlandırdı.
SİA xəbər verir ki, bu dəfə o, "Politico"ya verdiyi müsahibədə Krım haqqında danışıb.
...Bilirsiniz, mən əslində rieltoram, elə deyilmi? Daşınmaz əmlak haqqında çox məlumatlıyam. Hər dəfə bu xəritəyə baxanda deyirəm: "Oh, Krım çox gözəldir. Vay. Dörd tərəfdən okeanla əhatə olunub. Əsas hissəyə çatmaq üçün yalnız kiçik bir torpaq sahəsi var. Yəni, Krım nəhəngdir.
Tramp deyib bunu.
...Avqust ayında jurnalistlərlə söhbəti zamanı ABŞ prezidenti Krımı ABŞ-ın Texas ştatının ölçüsü ilə müqayisə edərək, ərazisini çox şişirdib.
Onun sözlərinə görə, Krım "okeanın ortasında Texas və ya buna bənzər bir şey böyüklüyündə bir ərazidir və möhtəşəmdir".
Əslində, Texasın sahəsi 695.000 kvadrat kilometrdən çoxdur, Krım isə təxminən 27.000 kvadrat kilometrdir. Bu da Amerika ştatının yarımadadan təxminən 26 dəfə böyük olduğunu göstərir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB