"Putin müharibədə yalnız bir şərtlə fasiləyə razı olacaq"

Kremlə təzyiq göstərən əsas amil müəyyən edilib.

...Rusiya Prezidenti Vladimir Putin Qərbin "təslim olacağına" və ya Ukraynanı dəstəkləmək üçün kifayət qədər qətiyyətli olmadığına inandığı müddətcə heç bir atəşkəsi nəzərdən keçirməyəcək.

SİA xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Ordusunun keçmiş komandanı, təqaüdçü general-leytenant Ben Hodqes Kanal 24-ə verdiyi müsahibədə bildirib.

Kreml müharibəni nə vaxt dayandıra bilər..?

Hodqesə görə, atəşkəs şansı yalnız Rusiya qalib gələ bilməyəcəyini anladıqda yaranacaq.

Bu, yalnız ABŞ və onun Avropa müttəfiqləri Ukraynaya silahlardan iqtisadi dəstəyə qədər bütün zəruri resursları verməyə hazır olduqlarını açıq şəkildə bəyan etdikdə mümkündür.

General vurğulayıb ki, Vaşinqton və London maksimum qətiyyət nümayiş etdirərsə və Avropa sanksiyalara təzyiqi artırarsa və dondurulmuş Rusiya aktivlərini Ukraynaya köçürərsə, Kreml hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur olacaq.

Rusiya iqtisadiyyatına təzyiq əsas amildir...

Hodqes Rusiyanın neft və qaz infrastrukturuna zərbələrin vacibliyini xüsusi olaraq vurğulayıb.

Onun fikrincə, Ukrayna Rusiyanın enerji sektorunu qəsdən zəiflətməyə davam edərsə, gələn il Rusiyanın müharibəni maliyyələşdirməsi xeyli çətin olacaq.

General yekun olaraq bildirib ki, "Yalnız Putin uduzduğunu anlayanda atəşkəs haqqında düşünməyə başlayacaq

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə