Yaponiyada ötən gün baş verən şiddətli zəlzələdən sonra hündürlüyü 70 santimetri ötən sunami dalğaları yaranıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş nazir Sanae Takaişi sunami nəticəsində azı 30 nəfərin xəsarət aldığını bildirib. Onlardan birinin vəziyyəti ağırdır.
28 mindən çox sakinin Hokkaydo adasından təxliyəsinə göstəriş verilib.
Qeyd edək ki, dekabrın 8-də Yaponiyanın şimalındakı Aomori prefekturasında 7,2 bal gücündə zəlzələ olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB