İvanişvilinin oğlu Rusiya vətəndaşıdır..?

…Gürcüstanın hakim partiyası olan "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvilinin oğlu Bera İvanişvilinin Rusiya vətəndaşlığı olduğu aşkar edilib.

SİA-nın məlumatına görə, Mtavari xəbər verir ki, bu, Gürcüstanın ictimai reyestrindəki məlumatları araşdıran araşdırmaçı jurnalistlərin gəldiyi nəticədir.

Jurnalistlərin sözlərinə görə, Bera İvanişvili hazırda Gürcüstan və Rusiya vətəndaşları kimi qeyd olunan iki şirkətin sahibi göstərilir.

Onun vətəndaşlığı rəsmi olaraq açıqlanmayıb.

Hazırda o, rep oxuduğu Cənubi Koreyada yaşayır.

Bidzina İvanişvili tez-tez Gürcüstan mediasında Gürcüstanın “de-fakto” lideri kimi xatırlanır.

Mart ayında Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili "İvanişvilinin əmri ilə" mənimsəmədə ittiham olunduğunu açıqladı.

“İşə 2012-ci ildə Donald Trampın Tbilisi və Batumidə qəbulu ilə bağlı şam yeməyi üçün qəbzlər və digər xərclər daxildir”, - deyə o izah etdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə