ABŞ Rusiya sərhədinə "nüvə kəşfiyyat təyyarəsi" göndərib…

Təyyarənin missiyası haqqında nə məlumdur…

...ABŞ Yaponiyaya ixtisaslaşmış WC-135R Constant Phoenix təyyarəsi göndərib. Bu təyyarə radioaktiv hissəcikləri aşkar etmək və nüvə fəaliyyətini izləmək üçün nəzərdə tutulub. SİA-nın məlumatına görə, Newsweek xəbər verir ki, cümə axşamı günü onun Rusiyanın Sakit okean sahillərində - potensial nüvə sınaqlarını izləmək üçün müntəzəm olaraq istifadə edilən bir marşrutda uçduğu müşahidə edilib.

"Nuke Sniffer" ləqəbli WC-135R, Məhdud Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə uyğunluğu izləmək üçün bərk və qaz halında emissiyalar toplayır.

Təyyarə noyabrın sonlarında yerləşdirildikdən sonra müvəqqəti olaraq Yaponiyada yerləşir.

Uçuş, Vladimir Putinin Rusiyanın mümkün tammiqyaslı nüvə sınaqlarına hazırlığını qiymətləndirmək əmrindən sonra həyata keçirilib - bu, ABŞ prezidenti Donald Trampın Amerika sınaqlarını bərpa etmək göstərişinə cavabdır.

Hər iki ölkə rəsmi olaraq iki müqavilənin - 1963-cü il Atmosfer və Sualtı sınaqların qadağan edilməsi müqaviləsinin və 1996-cı il Hərtərəfli Nüvə sınaqlarının qadağan edilməsi müqaviləsinin tərəfləri olaraq qalır.

Lakin Moskva və Vaşinqtondan getdikcə daha çox gələn siqnallar nüvə partlayışları üzərində nəzarət rejiminin zəiflədiyini göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə