Bu dövlət proqramının həyata keçirilməsi üçün 289,5 milyon rubldan çox vəsaitin ayrılması planlaşdırılır...
...2026-2030-cu illər üçün yeni “Balanslaşdırılmış Əmək Bazarı” dövlət proqramını əks etdirən qətnamə Milli Hüquq Portalında dərc edilib.
Proqrama əsasən, 2030-cu ilə qədər Belarusda xalis miqrasiya ən azı 50.000 nəfərə çatmalıdır.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə,u bdövlət proqramının həyata keçirilməsi üçün 289,5 milyon rubldan çox vəsaitin ayrılması planlaşdırılır.
Qeyd edək ki, iddialara görə, hazırda Belarusda 32.000 miqrant işçi çalışır ki, bu da əvvəlki illə müqayisədə bir yarım dəfə çoxdur.
Və miqrant işçilər əsasən Belarusa Orta Asiya ölkələrindən gəlirlər.
Xatırladaq ki, Belarusdakı miqrant işçilərin təxminən 70 faizi mavi yaxalıqlı işlərdə çalışır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB