Maduro Trampdan 200 milyon dolları saxlamasını və...

...ona sığınacaq verməsini istəyib

...Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampdan "istefa müqaviləsi" çərçivəsində 200 milyon dolları saxlamasını və ona siyasi sığınacaq verməsini istəyib.

SİA xəbər verir ki, The Telegraph bu barədə mənbələrə istinadən məlumat yayıb.

Qəzet xəbər verir ki, "Mənbələrə görə, Venesuela prezidenti Donald Trampla istefa verib qaçmaq barədə razılaşmanın bir hissəsi olaraq şəxsi sərvətinin 200 milyon dollarını saxlamasını, vəzifəli şəxslərini əfv etməsini və dost ölkədə sığınacaq verməsini istəyib".

Bir neçə gün əvvəl Tramp Venesuela üzərindəki hava məkanının aviaşirkətlər, narkotik qaçaqmalçıları və insan qaçaqmalçıları üçün bağlandığını elan edib.

Bu açıqlama Karib dənizində ABŞ hərbi qüvvələrinin artması fonunda verilib.

The Washington Post qəzeti ABŞ hərbi təyyarələrinin Venesuela ətrafındakı əraziləri daim patrul etdiyini bildirib. Amerika mediası dəfələrlə ABŞ-ın çox tezliklə hücum edə biləcəyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə