Hindistanlı jurnalist Putini heyrətləndirdi...

Rusiya diktatoru “sualı başa düşmədiyini” söylədi...

...Rus lideri Vladimir Putin Hindistana səfərindən əvvəl Donbasın rusdilli sakinlərinin müharibənin başlamasına münasibəti ilə bağlı qəribə bir sualla qarşılaşıb.

Əvvəlcə Putin çaşqın görünürdü, lakin sonra “Kiyev rejimi” tərəfindən Donbasın bəzi hissələrinin “dağıdılması” ilə bağlı absurd iddiaları təkrarlamağa başladı,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə OBOZ.UA xəbər verir.

Hindistanın "India Today" televiziya kanalına verdiyi müsahibə zamanı jurnalist Putinə bildirib ki, tammiqyaslı işğalın əvvəlində o, Luqansk, Donetsk və Xersona baş çəkib və onun sözlərinə görə, oradakı rusdilli sakinlər “Putinin bizə niyə belə etdiyini” başa düşməyiblər.

O qeyd edib ki, müsahibə verdiyi bəzi insanlar evlərini dağıdan hərbi əməliyyatların başlamasından şoka düşüblər. Jurnalist soruşub: "Rusiyada ailələri olan, daim Rusiya ilə Ukrayna arasında hərəkət edən şərqi Ukraynadakı insanlara nə deyərdiniz?”

Və Putin sualı başa düşmədiyini deyib.

Lakin o, sonradan cavab verə bilib. Putin cavabında “onların nədən şoka düşdüyünü” anlamadığını deyib və jurnalistin izahatından sonra bildirib ki, onlar Ukraynanın nəzarəti altında olan ərazilərdən danışırlar, Donbasın digər hissələri isə "Kiyev rejimi tərəfindən dağıdılır" və Moskva guya "müstəqillik elan edən" bölgələri dəstəkləməyə məcbur edilib.

Putin həmçinin vurğulayıb ki, Rusiya sakinlərə "açıq referendumda" öz mövqelərini ifadə etmək üçün "imkan yaradıb" və onun sözlərinə görə, Rusiyaya birləşmək qərarını dəstəkləməyən hər kəs Ukraynanın digər bölgələrinə gedə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə