...Rusiya ordusunda döyüşən 1985-ci il təvəllüdlü Ruslan Qudaç Ukraynada əsir götürülüb.
SİA xəbər verir ki, bu barədə Ukrayna Telegram kanalları məlumat verib.
...“Dojdus tebya” (Səni gözləyəcəyəm) kanalı bildirir ki, Qudaç Qrodno vilayətinin Şuçin rayonunun Qonelki kəndindəndir. Videoda hərbi əsir biznes qurmağa çalışdığını, lakin uğursuz olduğunu izah edir.
O, dövlətə vergiləri az ödəməkdə ittiham olunurmuş (Qudaç hansını dəqiqləşdirmir, amma çox güman ki, bu, Rusiya Federasiyası idi - red.) və bunun üçün "səkkiz il" cəzası gözləyirdi.
...Və təhlükəsizlik qüvvələrimiz XVD-yə qoşulsam, buna göz yummağı təklif etdilər.
Əsir düşən belarus Qudaç deyir bunu.
Onun sözlərinə görə, tanışları vasitəsilə "arxa cəbhə mövqeyi" əldə etməyə çalışıb, lakin hücuma göndərilib.
Ukrayna Silahlı Qüvvələri onu Kursk vilayətində əsir götürüb.
O deyir ki, əsir götürülməzdən əvvəl iki ay zirzəmilərdə gizlənib.
Xatırladaq ki, daha əvvəl Rusiya tərəfində döyüşən daha üç belaruslunun Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyü bildirilmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB