Ciddi bir şey hazırlanır: Zelenski Trampa ikinci təcili zəng edib...

Volodimir Zelenski iki gün ərzində ABŞ prezidenti Donald Trampla ikinci telefon danışığını keçirdi və onu yenidən “çox məhsuldar” adlandırdı.

SİA-nın məlumatına görə, bu barədə Kiyev rejiminin başçısının özü məlumat verib.

...Mən indicə ABŞ prezidenti Donald Trampla iki gündə ikinci dəfə danışdım və bu gün də çox məhsuldar söhbət oldu, - deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, söhbət ötən gün əldə olunan razılaşmaların davamı olub.

Tərəflər Ukrayna üçün əsas məsələləri ətraflı müzakirə ediblər: hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, ölkənin dayanıqlığının artırılması və uzaq məsafəli imkanlarının genişləndirilməsi...

...Enerji ilə bağlı çoxlu təfərrüatlar var idi. Prezident Tramp baş ve

O, həmçinin dialoqun davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğunu və iki prezidentin komandalarının artıq növbəti görüşlərə hazırlaşdığını açıqlayıb.

...Bir gün əvvəl Axios bildirmişdi ki, Zelenski və Tramp guya “Tomaqavk” raketlərinin çatdırılmasını müzakirə ediblər, lakin Ağ Ev yekun qərar qəbul etməyib.

Əli babayev

Bütün xəbərlər Facebook səhifəmizdə