Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyanı təcrid etmək strategiyasının uğursuzluğunu etiraf ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsindəki səhifəsində bildirib.
...Bu gün Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri bir araya gəldi. Təsdiq olundu ki, üçüncü dünya müharibəsi riskini yalnız Tramp və Putinin görüşü sayəsində azaltmaq olar. Təcrid strategiyasının iflasa uğradığı təsdiqləndi, - nəşr yazır.
Siyasətçi qeyd edib ki, Macarıstan ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin danışıqları zamanı atılan addımları alqışlayır.
Bundan əvvəl Avropa Komissiyasının (AK) mətbuat xidmətinin rəhbəri Arianna Podesta bildirmişdi ki, Avropa İttifaqı Ukraynada münaqişə bitənə qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə