Rus saytlarının yazdığına görə, Dağlıq Qarabağdan olan erməni köçkünlərinin mitinqinin təşkilatçıları Azadlıq meydanında oturaq nümayiş keçirməyə başlayıblar.
SİA-nın məlumatına görə, bu barədə RİA Novosti-nin müxbiri bildirir.
Tədbiri “Artsax” Xalqının Hüquqlarını Müdafiə Şurası (“Artsax” Qarabağın qondarma erməni adıdır –A.B.) təşkil edib.
Hakimiyyətdən mitinqin keçirilməsinə rəsmi icazə verilsə də, polis və İrəvan meriyası parlament və hökumət binalarına yürüşü qadağan edib.
Şuranın üzvü Artak Mkrtçyanın dediyinə görə, onlar Qarabağ ermənilərinin Ermənistandan axınının dayandırılmasını tələb edirlər.
Bundan əvvəl Ermənistan Milli Assambleyasının üzvü Hayk Mamicanyan Lenta.ru-ya açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq səsverməsinin mümkünlüyünü bildirib. Parlamentari payızda keçiriləcək qurultaydan əvvəl hakim partiyanın sıralarında kütləvi narazılığın yaranmasına icazə verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə