...Ukrayna münaqişəsi Azərbaycanın, Ermənistanın və Gürcüstanın daxil olduğu, böyük və orta güclərin maraqlarının kəsişdiyi Cənubi Qafqazda Rusiyanın təsirini zəiflədir.
Müharibə Azərbaycan və Ermənistan arasında gözlənilməz yaxınlaşmaya səbəb oldu. Sülhə və Rusiyadan yan keçən yeni ticarət dəhlizlərinə yol açdı.
SİA-nın məlumatına görə, bu barədə “The Economist” yazır. ...2020-ci ildə Dağlıq Qarabağda gedən döyüşlərdən sonra Rusiya sülhməramlı qüvvələri vasitəsilə regiona nəzarəti saxladı, lakin Ukraynaya genişmiqyaslı müdaxilə Moskvanın diqqətini yayındırdı.
2023-cü ildə Azərbaycan tezliklə Dağlıq Qarabağa nəzarəti bərpa etdi və Rusiya sülhməramlıları oranı tərk etməyə məcbur oldular.
Bu, Rusiyanın mövqeyini sarsıtdı və Azərbaycanı nəqliyyat dəhlizinin neytral beynəlxalq təşkilat tərəfindən idarə olunmasını tələb etməyə məcbur etdi.
...Türkiyə və İsrailin dəstəklədiyi Azərbaycan regional rolunu gücləndirməyə çalışır və İbrahim (Abraam) Sazişlərinə qoşulmağı düşünür.
Bu arada Ermənistan Rusiyadan asılılığını qırmağa, Türkiyə və Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan “küsmək əvəzinə barışmağa” təkan verib, lakin Azərbaycan sərt şərtlər, o cümlədən Dağlıq Qarabağa dair iddiaların Ermənistan konstitusiyasından çıxarılması və Ermənistanın cənubundan Naxçıvan anklavına çıxış üçün referendumun keçirilməsini irəli sürüb.
Nüfuzunu itirən Rusiya regiona təzyiqləri artırmaqla, Ermənistandakı rusiyayönlü qüvvələrə dəstək verməklə bu proseslərə mane olmağa çalışır. Bununla belə, Moskvanın Ermənistanda populyarlığı aşağı düşür və Putin öz təsir zonası kimi Cənubi Qafqazı itirmək riski ilə üzləşir.
SİA-nın əlavəsi: İbrahim (Abraam) Sazişləri İsrail və bir sıra ərəb dövlətləri arasında 2020-2021-ci illərdə imzalanmış bir sıra normallaşdırma sazişləridir. Onların adı, imanı bütün əsas İbrahim dinlərində: Yəhudilik, Xristianlıq və İslamda mövcud olan patriarx və peyğəmbər İbrahimə aiddir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə