Ukrayna Azərbaycanla təhsil sahəsində əlaqələrin genişləndirilməsində maraqlıdır. SİA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda Ukrayna ali təhsil müəssisələrinin sərgisinin açılış mərasimində deyib.
O, həmçinin bildirib ki, azərbaycanlı tələbələrin Ukraynada təhsil alması yerli universitetlərin təhsil sisteminə inamı nümayiş etdirir.
"Bu gün dörd mindən çox Azərbaycan vətəndaşı Ukraynada ali təhsil alır. Bu, Ukrayna universitetlərinə və təhsil sistemimizə etimadın bariz göstəricisidir", - səfir bildirib.
Y.Qusev əlavə edib ki, Kiyev Bakı ilə təhsil mübadiləsində maraqlıdır.
“Biz Ukrayna ilə Azərbaycan arasında akademik mübadilələrin, ikili diplom proqramlarının, birgə tədqiqat layihələrinin və tələbə mobilliyi imkanlarının daha da inkişaf etdirilməsində xüsusilə maraqlıyıq”, - diplomat vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə