Çinin CSCI Pengyuan reytinq agentliyi Rusiyaya uzunmüddətli beynəlxalq suveren reytinqlər verib. Reytinq həm yerli, həm də xarici valyutada “A-i” səviyyəsində müəyyən edilib.
Kredit reytinqinin bu səviyyəsi emitent ölkənin öz borc öhdəliklərinə xidmət göstərmək qabiliyyətinin yüksək olduğunu və defolt riskinin aşağı olduğunu göstərir.
Təyin edilmiş reytinqlər üzrə proqnoz “stabil” olaraq müəyyən edilib, baxmayaraq ki, mənfi iqtisadi dəyişikliklərə qarşı müəyyən həssaslıq qalmaqdadır.
Agentliyin özünün “Vedomosti”yə verdiyi məlumata görə, Rusiya tərəfi bu reytinqi tələb etməyib, lakin onun təyin edilməsi prosesində əməkdaşlıq edib.
SİA-nın məlumatına görə, bu, son bir ayda ikinci dəfədir ki, Çin agentliyi Rusiyaya suveren reytinq verir. Bu fakt Çinin Rusiya Federasiyasının kredit qabiliyyətinin qiymətləndirilməsinə artan diqqətini vurğulayır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə