Sloveniyada Melaniya Trampın heykəli yoxa çıxıb

Heykəl onun doğulduğu Sevnitsa şəhəri yaxınlığında ucaldılmışdı

...ABŞ-ın birinci xanımı Melaniya Trampın Sloveniyada doğma şəhəri Sevnitsa yaxınlığında qoyulmuş bürünc heykəli yoxa çıxıb.

SİA xəbər verir ki,Bu barədə AFP məlumat yayıb.

ABŞ-ın birinci xanımının həqiqi ölçülü bürünc heykəli əvvəlki taxta heykəl yandırıldıqdan sonra 2020-ci ildə qoyulmuşdu.

Polisin və bürünc heykəlin yaradıcısı, amerikalı konseptual rəssam Bred Dauninin dediyinə görə, heykəl topuq nahiyəsindən kəsilərək götürülüb.

...Oğurluq hadisəsi mayın 13-də qeydə alınıb və polis dərhal hadisə yerinə gəlib və araşdırmaya başlayıb.

Bunu polis sözçüsü Alenka Drenik Rangus cümə axşamı AFP-yə deyib.

Daunin Almaniyada yeni layihə hazırlayarkən oğurluqdan xəbər tutduğunu və "onun getməsinə bir az kədərləndiyini" söyləyib.

O, əlavə edib ki, orijinal heykəlin yandırıldığı zaman “bu, düzgün hiss olunmayıb” və ona görə də onu bürünc nüsxə ilə əvəz etmək qərarına gəlib.

Daunin bunu “antibitə qarşı, anti-təbliğat” kimi qiymətləndirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə