Kerç boğazında batmış neft tankerlərində 3,9 ton mazut var…
...Kerç boğazında batmış neft tankerlərində 3,9 ton mazut var, baş nazirin müavini Vitali Savelyev bildirib.
…Orada kifayət qədər çoxlu mazut var - 3119 ton. Ona görə də biz qərara gəldik ki, onu sarkofaqlarla örtək…
SİA-nın məlumatına görə, bundan əvvəl Kerç boğazında iki neft tankerinin qəzaya uğramasının səbəblərinin araşdırılması başa çatıb.
Qəza nəticəsində Qara dənizə ən azı 2,4 min ton neft məhsulları daxil olub.
Rusiya lideri Vladimir Putin Kerç boğazında mazut sızıntısını Rusiyanın son vaxtlar üzləşdiyi ən ciddi ekoloji problemlərdən biri adlandırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə