...Ukraynadakı müharibə boyu hərbi ehtiyaclara böyük dövlət xərcləri Rusiya istehsalını dəstəklədi və Qərb sanksiyalarının təsirini azaldıb. Nəticədə Rusiya iqtisadiyyatı iş yerləri, maaşlar və artım üçün müharibədən asılı vəziyyətə düşdü. Beləliklə, sülh razılaşması əldə edildikdən sonra bu hərbi dəstəkdən imtina etmək Kreml üçün iqtisadi risk deməkdir.
SİA-nın məlumatına görə, bunu The Wall Street Journal yazır.
…Hərbi xərclər və sabit neft ixracı gəlirləri Rusiya iqtisadiyyatının Ukraynaya hücumundan sağ çıxmasına kömək etdi.
…Əksər iqtisadçılar Rusiyada uzun və dərin iqtisadi tənəzzülü proqnozlaşdırmışdılar, lakin bunun əvəzinə rəsmi statistikaya görə, ölkənin ÜDM-i həmin il cəmi 1,4 faiz azaldı və 2023 və 2024-cü illərdə 4,1 faiz artdı. İqtisadçıların fikrincə, sülh əldə olunarsa, Rusiyanın hərbi xərclərinin sonradan azaldılması Kremlin maliyyəsində doldurulması çətin olan boşluq yarada bilər.
Beləliklə, Finlandiya Bankının İnkişaf etməkdə olan İqtisadiyyatlar İnstitutunun baş iqtisadçısı Heli Simolanın hesablamalarına görə, müharibə ilə bağlı artan əmək haqqı və müavinətlərin səbəb olduğu istehlakın artmasının yan təsirini nəzərə almasaq, keçən il Rusiyanın iqtisadi artımının ən azı 40 faizi birbaşa müharibə ilə bağlı istehsal hesabına baş verib.
Bundan əlavə, Ukraynada döyüşən rus əsgərlərinin ailələrinə verilən ödənişlər ölkənin bəzi kasıb rayonlarının rifahını artırıb. İqtisadçıların fikrincə, bu cür təşviqlərə son qoyulması daxili istehlakın azalmasına gətirib çıxaracaq.
…Əgər Kreml iqtisadi çöküşdən qaçmaq istəyirsə, müharibə başa çatdıqdan sonra da xərclərini indiki səviyyədə davam etdirməli olacaq. Hərbi xərclər kəsilərsə, bu, Rusiyanın bir çox bölgələrində iş yerlərinin itirilməsinə və ümumi məyusluğa səbəb olacaq.
Bunu Almaniya Beynəlxalq və Təhlükəsizlik İnstitutunun Rusiya üzrə eksperti Yanis Klyuqe deyir.
Rusiya həmçinin Ukraynada əhəmiyyətli itkilərdən sonra döyüş qabiliyyətini bərpa etmək üçün müdafiə sektoruna pul tökməyə davam etməlidir. Bəzi analitiklərin fikrincə, bu, müharibənin istənilən bitməsindən sonra iqtisadi “yumşaq eniş”i təmin edə bilər.
Rusiya Mərkəzi Bankının keçmiş rəsmisi Aleksandra Prokopenko deyir ki, Rusiya prezidenti Vladimir Putin arsenallarını doldurmalı olacaq, bu o deməkdir ki, hərbi xərclər müharibədən sonra bir neçə il yüksək qalacaq. Sülh müqaviləsi iqtisadiyyat üçün başqa bir şok olacaq, lakin idarə edilə bilən bir şok olacaq…
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə