Gecə saatlarında növbətçi hava hücumundan müdafiə sistemləri Rusiyanın vilayətləri üzərində Ukraynanın 88 pilotsuz uçan aparatını (PUA) məhv edib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Belqorod vilayəti ərazisi üzərində 52 PUA, Lipetsk vilayəti üzərində 13 PUA vurulub. Digər PUA-lar isə Rostov, Voronej, Həştərxan, Krasnodar, Ryazan və Kursk vilayətlərinin ərazilərində məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə