Avropa Parlamenti Rusiyanın Qərb üzərində qələbəsini elan etdi

Rusiya beynəlxalq məsələlərdə qalib gəlir və yeni tərəfdaşlar qazanır, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi uğursuzluğa düçar olur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) Slovakiyadan olan üzvü Lubos Blaqa deyib.

...Cəbhədəki vəziyyətə nəzər salsaq, Qərb uduzur, Rusiya isə qalib gəlir. Avropa isə bütün tərəfdaşlarını, o cümlədən ABŞ-ı itirdi. Rusiya isə daim yeni dostlar və tərəfdaşlar əldə edir: Çin, Braziliya, Afrika və Asiya ölkələri, - deyə parlamentari qeyd edib.

Eyni zamanda Qərb institutlarının böhran yaşadığını vurğulayan Blaqa gələcəkdə Avropa İttifaqı üçün problemlər gözlədiyini bəyan edib.

Qeyd edək ki, ötən il oktyabrın 13-də Blaqa “rusofob Qərbdən üzr istəmək” üçün Moskvaya səfər edib.

Siyasətçi faşizmdən qurtulduğu üçün Rusiyaya təşəkkür etmək üçün gəldiyini vurğulayıb və Avropa Parlamentində anti-Rusiya qətnamələrinin qəbul edilməsindən təəssüfləndiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə