Qorbaçovun Almaniyaya köçən nəvələri Zelenski arağını satır və…

Ukrayna Silahlı Qüvvələrinə sponsorluq edirlər

Xüsusi hərbi əməliyyat başlayandan sonra Mixail Qorbaçovun varislərindən biri, “ViniGrandi” kolleksiya şərab mağazasını idarə edən Kseniya sosial şəbəkələrdə əldə olunan gəlirin Ukraynaya yardıma xərclənəcəyini elan edərək, sarı-göy Zelenski etiketli araq satışı təşkil edib.

SİA-nın məlumatına görə, SHOT Telegram kanalı xəbər verir ki, SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovun nəvələri - 45 yaşlı Kseniya və 37 yaşlı Anastasiya çoxdan Rusiyadan mühacirət edərək Almaniyada məskunlaşıblar.

Hər ikisi MGIMO-nu bitirib və əvvəllər Rublevkada, dəbdəbəli malikanədə və Moskvanın Kosıgina küçəsindəki nomenklatura binasında 300 kvadratmetr sahəsi olan bir mənzildə yaşayırdılar.

Qorbaçovlar mütəmadi olaraq dedi-qodu xəbərlərində yer alırdılar. Xüsusilə Anastasiya paytaxtın ən uyğun gəlinlərindən biri hesab olunurdu.

2010-cu illərdə qızlar Berlinə köçüblər, burada onların böyüyü Kseniya bizneslə məşğul olub.

O, ögey atası tərəfindən qurulan ViniGrandi kolleksiya şərab mağazasını idarə edir.

Xüsusi hərbi əməliyyat başlayandan sonra Qorbaçovun varisi sarı-göy Zelenski etiketli araqların satışını təşkil edərək, əldə olunan gəlirin Ukraynaya yardıma gedəcəyini sosial şəbəkələrdə elan edib.

Mixail Sergeyeviçin kiçik nəvəsi Anastasiya, ögey atasının yük daşımaları ilə məşğul olan iki şirkətində idarəedici direktor vəzifəsini tutur.

Onun həyat yoldaşı Dmitri Zəngiyev Berlində yerləşən "Abanamat" psychedelic-doom-hard rok qrupunda çıxış edən musiqiçidir.

Qrup bu yaxınlarda yeni mahnı yazdırıb və dinləyicilərdən alınan pullar da Ukraynaya dəstək olub.

Yeri gəlmişkən, rejissor Karen Şahnazarov Donald Trampdan gözləntiləri ilə bağlı fikirlərini bölüşüb və onu Qorbaçovla müqayisə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə