Cozef Baydenin ağır cinayətlərə görə məhkum edilmiş insanları əfv etmək və cəzalarını yüngülləşdirmək qərarı ABŞ Ədliyyə Nazirliyində qəzəb və çaşqınlıq yaradıb.
SİA xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, Bayden “Ağ Evdə təsadüfi prosesə gətirib çıxaran” ən çox əfv və kommutasiya verməklə tarix yazmaq istəyib.
Ekspertlər hesab edirlər ki, keçmiş dövlət başçısı buna layiq olmayan həddən artıq zorakı keçmişi olan cinayətkarları əfv edib. Əfv olunan iki min yarım cinayətkardan cəmi 10 faizə Ədliyyə Nazirliyi tövsiyəsi verib. Qalan məhkumların əksəriyyəti narkotik və zorakılıq cinayətlərinə görə cəza çəkirdi.
...Mən əfv vasitəsilə ikinci şansa inanıram. Amma mən başa düşürəm ki, Cozef Baydenin bəzi əfv qərarları insanları məyus edib.
Bunu Ədliyyə Nazirliyinin əfv üzrə vəkili Elizabeth Oyer bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Donald Tramp Cozef Baydeni və inklüzivlik siyasətini Vaşinqton səmasında təyyarə və helikopterin toqquşması ilə bağlı faciədən sonra uçuşların təhlükəsizliyini zəiflətməkdə ittiham edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə