Fransa prezidenti Emmanuel Makronun reytinqi son altı ilin ən aşağı səviyyəsinə düşüb və azalmaqda davam edir.
SİA-nın məlumatına görə, bunu “İpsos” şirkətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Bloomberg-in məlumatına görə, Makronun reytinqi 20 faizlik ən aşağı nöqtəyə yaxınlaşıb ki, bu da 2018-ci ilin dekabrında Fransanın kütləvi “sarı jiletlilər”in etirazına məruz qaldığı vaxt qeydə alınıb.
Prezident iyunda növbədənkənar parlament seçkiləri elan etdikdən sonra Makronun reytinqi daha 12 faiz aşağı düşüb. Bu, Milli Assambleyada dərin parçalanmaya və büdcə planlamasını çətinləşdirən siyasi böhrana səbəb oldu.
Sorğuya əsasən, ifrat sağçı siyasətçilər Marine Le Pen və Jordan Bardella seçicilər arasında ən böyük dəstəyə malikdir.
Onlara müvafiq olaraq 34 və 33 faiz səs verməyə hazırdır. Bundan əvvəl “Le Figaro” qəzeti fransızların 60 faizdən çoxunun Makronun istefasını istədiyini yazıb.
...Respondentlərin əksəriyyəti (86 faiz) həm də hesab edir ki, bu il prezident mərkəzçi Demokratik Hərəkat Partiyasının lideri Fransua Bayrunu yerinə yeni baş nazir təyin etməli olacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə