...Rusiya lideri Vladimir Putin birbaşa xətt zamanı deyib ki, Rusiya ordusu 2022-ci il fevralın 24-də guya “çox hazırlıqsız” halda Ukraynanı işğal edib.
Onun sözlərinə görə, Krım məsələsində olduğu kimi, bu, guya “kortəbii” qərar olub.
SİA-nın məlumatına görə, “Niyə başladın? sualını verən Vladimir Vladimiroviç cavabı da özü səsləndirib.
...Çünki bir yerdə dayanmaq, dözmək və bizim üçün vəziyyətin pisləşməsini gözləmək artıq mümkün deyildi.
Bunu deyən Putin, açıq şəkildə bildirib ki, o, istənilən halda Ukraynaya hücum edəcəkdi, lakin keçmişə qayıtmaq imkanı olsaydı, bunu daha əvvəl edərdi.
...2022-ci ilin əvvəlində verilən qərar daha əvvəl verilməli idi. Bu birincidir. İkincisi, bunu bilə-bilə, sadəcə olaraq, bu hadisələrə, o cümlədən xüsusi hərbi əməliyyata hazırlığa əvvəldən başlamaq lazım idi.
Bu da Putinin dedikləridir.
...Bununla yanaşı o, Ukraynadakı müharibənin “bütün ölkə üçün ciddi sınaq” olduğunu etiraf edib. Putin “az zarafat etməyə başladığından və demək olar ki, gülməyi dayandırdığından” şikayətləndi, lakin eyni zamanda strateji bacarıqlarını təkmilləşdirdiyi ilə öyündü.
...“Mühüm hekayələr”in mənbələri bildiriblər ki, Federal Təhlükəsizlik Xidmətinin Ukrayna istiqamətinə cavabdeh olan 5-ci xidmətinin rəhbərləri dövlət başçısına saxta kəşfiyyat məlumatı veriblər.
Həmin məlumata görə, qonşu ölkənin regionlarının guya Kiyevdən “azad olunmasını” gözlədiklərini və belə bir fürsət yaranan kimi Rusiyaya qoşulacaqlarını deyiblər?
Ona görə də, Rusiya ordusu genişmiqyaslı müqavimətə hazır olmayıb və böyük itkilər verib.
Bununla yanaşı Kiyev, Çerniqov və Xarkovu tez bir zamanda tuta bilməyən rus qoşunları 2022-ci ilin aprelində geri çəkilməyə məcbur olublar.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, 5-ci xidmət Putini qəzəbləndirməkdən qorxaraq, sadəcə olaraq, özünün eşitmək istədiyini ona çatdırıb.
Ukraynadakı uğursuzluq birincidən uzaq idi: bundan əvvəl 5-ci xidmətin işçiləri mütəmadi olaraq güzəştə gedirdilər - hətta onları "hava satıcıları" adlandırırdılar.
Araşdırmaçı jurnalist və Rusiya xüsusi xidmət orqanlarının eksperti Andrey Soldatov qeyd edib ki, Putin Federal Təhlükəsizlik Xidmətinin direktoru olarkən şəxsən yaratdığı strukturun işi “bir sıra diplomatik fəlakətlərdən” başqa bir şey deyildi: onun əməkdaşları “hər yerdə cinayət başında yaxalanıblar. Abxaziyadan Moldovaya və Ukraynaya qədər.
Məlumdur ki, 5-ci xidmətin rəisi, general-polkovnik Sergey Beseda Avromaydan zamanı Kiyevdə olub, lakin bu, nəticə verməyib. Bütün uğursuzluqlara baxmayaraq, Putin onu bu ilin yayına qədər bu vəzifədə saxlayıb, sonra isə vəzifəsindən azad edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə