Türkiyə Avropa İttifaqı (Aİ) ölkələrinə Ukraynada atəşkəsin ən qısa zamanda dayandırılmasının vacibliyini bildirib.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
...Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ilə danışıqlarımız zamanı Türkiyə tərəfi öz müşahidələrini təqdim edib, həmçinin Ukraynada tezliklə atəşkəsə nail olunmasının vacibliyini və ədalətli sülhün təmin olunmasının vacibliyini bəyan edib, - deyə siyasətçi qeyd edib.
Bundan əvvəl Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans bildirmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan əvvəl Avropa İttifaqı Ukraynadakı münaqişənin həlli üçün danışıqlara başlamalıdır.
Onun sözlərinə görə, Avropa ölkələrinin nümayəndələrinin danışıqlar masası arxasında “olmasını təmin etmək lazımdır” ki, respublikaçı “Avropada təhlükəsizlik arxitekturasının gələcəyini Rusiya prezidenti Vladimir Putinlə birgə qərar verə bilməsin”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə