Putin rusların başqa bir kateqoriyasına ordudan möhlət hüququ verdi

...Təhsilini başa vurduqdan sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Təchizat Mərkəzinin elmi-tədqiqat bölmələrində işə düzələn Rusiya ali məktəblərinin məzunları orduya çağırışdan möhlət hüququ əldə etdilər. SİA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin imzaladığı müvafiq fərman hüquqi aktların rəsmi dərci portalında yerləşdirilib.

Qeyd edilir ki, bundan əvvəl yalnız ibtidai və orta ixtisas təhsili müəssisələrini bitirmiş rusların möhlət hüququ var idi. Prezident öz fərmanı ilə vətəndaşların bu kateqoriyasını genişləndirdi.

Qərar fərman imzalandığı andan qüvvəyə minib.

Əvvəllər Rostec Rusiyanın hərbi sənaye kompleksinin müəssisələrində işə düzələn orta ixtisas təhsili müəssisələrinin və universitetlərin məzunlarına bir il müddətinə ordudan möhlət verməyi təklif etmişdi.

Dövlət korporasiyasının baş direktorunun müavini Nikolay Volobuyevin sözlərinə görə, gənclər ordudan qayıtdıqdan sonra 3-5 il oxuduqlarını unudurlar.

Bundan əvvəl Rusiyanın baş prokuroru İqor Krasnov da müdafiə sənayesində işləməyə gedən məzunlara möhlət verilməsi ideyası ilə çıxış edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə