Rusiyanın dövlət borc bazarı ən aşağı səviyyəyə düşüb

Bu, 2009-cu ildən bəri ən aşağı səviyyədir....

...Son 20 ildən artıqdır ki, faiz dərəcələrini ən yüksək səviyyəyə qaldıran Rusiya Bankının pul siyasətini kəskin sərtləşdirməsi Rusiya dövlət borc bazarını uçuruma aparıb və hələ ki, aparmaqdadır...

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Moscow Times yazır.

Deyilənlərə görə, Maliyyə Nazirliyinin büdcəyə borc götürmək üçün buraxdığı federal kredit istiqrazlarının qiymətləri bazar ertəsi günü son 15 ilin ən aşağı səviyyələrinə düşüb.

Moskva Birjasında federal kredit istiqrazları kotirovkalarını izləyən RGBI indeksi ötən gün Minskdə 97.33 bəndinə düşüb. Qeyd edilməlidir ki, bu 2009-cu ildən bəri ən aşağı səviyyədir.

...İlin əvvəlindən bəri indeks demək olar ki, 20 faiz azalıb və ardıcıl olaraq müharibənin və 2014-cü il böhranının ilk həftələrinin minimumlarını keçib.

...Cümə günü Mərkəzi Bankın iclasından sonra federal kredit istiqrazların satışı intensivləşib.

...BCS (Broker kredit xidməti-A.B. ) analitiki Dmitri Babin qeyd edir ki, inflyasiya təhlükəsini əsas gətirərək, tənzimləyici əsas dərəcəsi ardıcıl səkkizinci dəfə illik 21 faizə qaldırdı və həmçinin xəbərdarlıq etdi ki, dekabr ayında 23 faizə qədər yüksəldə bilər.

Nəticədə, Rusiyanın dövlət borc qiymətli kağızları üzrə dərəcələr də sıçrayıb: keçən yay Maliyyə Nazirliyi büdcə üçün illik 10 faizlə borc ala bildiyi halda, indi federal kredit istiqrazları gəlirliliyi 20 faizi ötüb.

...Bu, istiqrazlar üzrə faizlərin ödənilməsinə getdikcə daha çox pul xərcləməli olan “Maliyyə Nazirliyinin həyatını çətinləşdirir”.

...İqtisadiyyat və büdcə uzun müddət yüksək faiz dərəcələri ilə yaşamalı olacaq: gələn il Mərkəzi Bankın əsas faiz dərəcəsinin orta dəyərinin 20 faizdən aşağı düşməsi ehtimalı azdır. Bunu Rosbank-ın analitiki Yevgeni Koşelev xəbərdar edir: Hökumət hərbi xərcləri artırmağı, müdafiə fabriklərinə pul köçürməyi və müqaviləli işçilərə səxavətli mükafatlar verməyi planlaşdırır.

Bu, iqtisadiyyatda pul kütləsinin həddindən artıq artmasına səbəb olur.

Finam analitiki Aleksandr Potavin qeyd edir ki, Mərkəzi Bank faiz dərəcələrini artırmaqla banklarda “bu profisitləri bağlamağa” çalışır.

...Yeri gəlmişkən, nominal dərəcə səviyyəsinə görə Rusiya artıq Afrika dövlətlərini və müflis olan ölkələri geridə qoyub: Rusiya Federasiyası Mərkəzi Bankının hazırkı dərəcəsi Zambiya (13,5 faiz), Qambiya (17 faiz) və Pakistan (17,5 faiz) və Anqola (19,5 faiz) ilə müqayisədə daha yüksəkdir.

VTB-nin rəhbəri Andrey Kostin bu göstəricinin Putinin 2000-ci ildə ilk səlahiyyət müddətinə başladığı səviyyə olan 25 faizə çata biləcəyini istisna etməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə