Pentaqon Şimali Koreyanın müharibəyə girməsi ilə bağlı bəyanat verdi

Ukrayna üçün yeni məhdudiyyətlər olmayacaq...

...Şimali Koreya Ukraynaya qarşı Rusiya müharibəsinə girərsə, ABŞ Ukrayna qoşunlarının Amerika silahlarından istifadəsinə yeni məhdudiyyətlər qoymayacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Reuters xəbər verir ki, bu barədə Pentaqon bildirib.

Qeyd olunur ki, Şimali Koreya qoşunlarının yeridilməsi Qərbin 2,5 ildən artıq davam edən Ukrayna müharibəsinin dünyanın diqqətinin Yaxın Şərqə yönəldiyi bir vaxtda da genişlənəcəyi ilə bağlı narahatlığını artırır.

Bu, Rusiyanın artan döyüş meydanında itkilərini kompensasiya etməyə və Ukraynanın şərqində yavaş-yavaş, lakin əminliklə qələbələr qazanmağa davam edəcəyinə işarə ola bilər.

...Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşməsi həm Hind-Sakit okean, həm də Avro-Atlantik təhlükəsizliyə təhdid yaradır.

Bunu NATO-nun baş katibi Mark Rutte Cənubi Koreya nümayəndə heyəti ilə danışıqlardan sonra jurnalistlərə deyib.

Pentaqonun hesablamalarına görə, Şimali Koreyanın 10 min əsgəri hərbi təlimlər üçün Rusiyanın şərqinə yerləşdirilib.

...Bu əsgərlərdən bəziləri artıq Ukraynaya yaxınlaşıb və biz Rusiyanın bu əsgərlərdən döyüşdə və ya Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığındakı Kursk bölgəsində Ukrayna qüvvələrinə qarşı döyüş əməliyyatlarına dəstək məqsədilə istifadə etmək niyyətindən getdikcə daha çox narahatıq.

Bunu Pentaqonun sözçüsü Sabrina Sinq bildirib.

...Bu arada Ukrayna kəşfiyyatı ilk Şimali Koreya bölmələrinin artıq Kursk bölgəsində aşkarlandığını bildirsə də, lakin Pentaqon hələ ki, bunu təsdiqləməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə