Məktəblini zorlayan cinayətkar 35 ildən sonra həbs edilib

ABŞ-da Konnektikutdan olan bir kişi 35 il əvvəl 11 yaşlı məktəbli qızı qaçıraraq təcavüz etdiyinə görə həbs edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə WABC-TV yazıb.

Adı açıqlanmayan qız 1989-cu ildə iki cinayətkarın qurbanı olub. Onlar gecə saatlarında Denberidə bir məktəbli ailəsinin evinə pəncərədən daxil olublar. Bıçaqla hədələyən təcavüzkarlar qızı qaçırıb, yaxınlıqda tikilməkdə olan binaya aparıb və zorlayıblar.

Hadisə yerində DNT nümunələri toplanıb, lakin cinayətkarlar tutulmayıb. 2023-cü ildə zərərçəkmiş polisə müraciət edərək işinin yenidən açılmasını xahiş edib.

Ən son texnologiyadan istifadə edilməklə hazırlanmış bioloji materialların təkrar analizi müstəntiqləri 52 yaşlı Devid Koffiyə aparıb. Kişi çərşənbə axşamı, oktyabrın 22-də həbs edilib. Cinayəti törədən zaman onun 17 yaşı olub.

Koffi zorlamada hər hansı əli olduğunu inkar edir. Onun girovu 750 min dollar müəyyən edilib. İkinci hücumçu hələ tapılmayıb və onun şəxsiyyəti məlum deyil.

Hazırda Koffinin bu cinayətlərdə əli olub-olmaması araşdırılır.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ məhkəməsi 1992-ci ildə qadını uşaqlarının gözü qarşısında zorlayan Virciniyadan olan cinayətkarı mühakimə edib. 2022-ci ildə təcavüzkarın DNT-si təkrar sınaq üçün göndərildi və onlar onun şəxsiyyətini müəyyən edə bildilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə