Almeda Abazi ölümdən döndü - FOTO

Türkiyəli məşhur aktyor Tolqahan Sayışmanın həyat yoldaşı Almeda Abazi səhhətində yaranan ciddi problemlə əlaqədar təcili əməliyyat olunub. Öd kisəsi çıxarılan Abazinin səhhətinin yaxşı olduğu açıqlanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tolqahan Sayışman 2017-ci ildə Los-Ancelesdə Almeda Abazi ilə ailə qurub.

7 ildir xoşbəxt ailə quran cütlükdən Almeda Abazi pərəstişkarlarını qorxudan xəbərlə gündəmə gəlib. “Takvim” xəbər verir ki, bir müddət əvvəl Boğazdakı evini Beykoza köçürən Almeda Abazi qəfil başlayan və səngiməyən şiddətli qarın ağrısı ilə xəstələnib. Tolgahan Sayışman həyat yoldaşını tələsik xəstəxanaya aparıb.

Xəstəxanada aparılan müayinələrdən sonra vəziyyətin ciddi olduğu anlaşılıb və Almeda Abazi Sayışman təcili əməliyyata aparılıb və öd kisəsi çıxarılıb. Bu yaxınlarda evə buraxılan məşhur model Almeda Abazinin səhhətinin yaxşı olduğu açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə