İlin ən yaxşı klubu - Madrid “Real”ı

Madrid “Real”ı 2023/24 mövsümündə ilin ən yaxşı klubu seçilib.

SIA xəbər verir ki, “Kral klubu” “Borussiya” (Dortmund), “Jirona”, “Bayer” və “Mançester Siti”ni qabaqlayıb.

Qeyd edək ki, bu dəqiqələrdə Parisdə keçirilən ilin ən yaxşılarının təqdimetmə mərasimində “Real”dan heç kim iştirak etmir. Bu səbəbdən də Madrid klubunun qalib olması açıqlanandan dərhal sonra tədbirin aparıcıları növbəti nominasiyaya keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə