İndoneziyada güclü vulkan püskürməsi olub

İndoneziyadakı Marapi vulkanı yenidən aktivləşib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın Sumatra adasının qərbindəki Marapi vulkanında 4 partlayış baş verib.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi tərəfindən verilən açıqlamada, dünəndən bu yana vulkanda 4 partlayışın baş verdiyi bildirilib. Qeyd edilib ki, dünənki ilk partlayışda vulkan təxminən 1000 metr hündürlüyə kül atıb, ikinci və üçüncü partlayışlar isə gün ərzində baş verib. Bildirilib ki, bu gün baş verən dördüncü püskürmə zamanı vulkan təxminən 800 metr hündürlüyə kül püskürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə