Saakaşvili Gürcüstan müxalifətini geniş etiraz aksiyalarına çağırıb

...Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə müxalifətini parlament seçkilərinin nəticələrini boykota, “böyük etirazlar” təşkil etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, öz Facebook səhifəsində bəyanatını dərc edib.

O, müxalifət partiyalarını yeni parlamentə daxil olmamağa, həmçinin “başlarına kül səpməməyə” çağırıb.

...İndi dünyaya azadlıq uğrunda mübarizə apardığımızı və ədalətsizliyə dözməyən xalq olduğumuzu göstərmək üçün böyük etirazların vaxtıdır. Çox az vaxt var! – eks-prezident yazıb.

...Gürcüstan Mərkəzi Seçki Komissiyası bildirib ki, Saakaşvilinin “Birlik – Milli Hərəkat” partiyası 9,9 faiz səs toplayıb və minimum 5 faizi keçərək parlamentə daxil olub. Bununla belə, partiya lideri Tina Bokuçava hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasını nəticələri saxtalaşdırmaqda ittiham edərək, siyasi qüvvənin yeni parlamentə daxil edilməyəcəyini bildirib.

Yeri gəlmişkən, Dəyişiklik Koalisiyası partiyası dövlət maliyyəsindən və deputat mandatlarından imtina edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə