Azərbaycanın sərbəst güləşçiləri Gimnaziadada 9 medal qazanıblar

Azərbaycanın sərbəst güləşçiləri Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında 9 medal qazanıblar.

SİA xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 11 idmançısı xalça üzərinə çıxıb. Hüseyn Hüseynov (55 kiloqram) və Həsən Həsənov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl, yalnız finalda uduzan Fərhad Süleymanlı (92 kiloqram) gümüş, Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kiloqram), Rəşad Veysəlov, Nihad Abasov (hər ikisi 71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) isə bürünc mükafata layiq görülüblər.

Oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə