Ruslar Qalkinin tamaşalarına heç kimin bilet almadığını yazırlar...

...Komediya ustası Maksim Qalkin ABŞ-dakı tamaşalara bilet satmaqda problem yaşamağa başlayıb. Belə ki, Baltimordakı konsert üçün zalın yarısından bir qədər çoxu satılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aif.ru yazıb.

...Qeyd edək ki. Qalkinin Baltimordakı çıxışı oktyabrın 29-na planlaşdırılıb. Məlum olub ki, konsertin biletlərinin 50 faizdən bir qədər çoxu satılıb. Şoumenin çıxışında iştirak etmək 90-220 dollara başa gəlir ki, bu da 8-21 min rubla bərabərdir.

Konsertdə çəkilişlərin qadağan olunduğu da məlum olub. Əks halda tamaşaçı zaldan çıxarılacaq.

Bundan əvvəl diktor Anna Şatilova Qryaz kəndindəki Qalkin qəsrini gözəl adlandırmışdı. O, belə bir binanı yalnız istedadlı adamın tikə biləcəyinə inanır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə