Gürcüstan parlamentinin binası yaxınlığında mitinq keçirilir...

Etirazçılar Avropa İttifaqı və Ukrayna bayraqlarını tutublar...

...Gürcüstanda müxalifət tərəfdarları hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi iddia edilən parlament seçkilərinin nəticələrinə qarşı mitinq keçirir.

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirilir. Toplananların bəzilərinin əllərində Avropa İttifaqı və Ukrayna bayraqları var.

SİA-nın əldə etdiyi məlumata görə, Rustaveli prospektində nəqliyyatın hərəkəti kəsilib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkiləri keçirilib.

Onların nəticələrinə görə, çoxluğu (səslərin 53,92 faizini) guya ölkəni 12 ildir idarə edən və müxalifətin Avropaya inteqrasiya kursunu Rusiyayönümlü kursa dəyişməkdə ittiham etdiyi “Gürcü arzusu” qazanıb.

Bundan başqa, müxalifət partiyaları parlamentə daxil olmaq üçün 5 faizlik baryeri keçib.

“Dəyişiklik üçün Koalisiya” 11,03 faiz, “Birlik – Milli Hərəkat” 10,16 faiz, “Güclü Gürcüstan” 8,81 faiz, “Gürcüstan Naminə” 7,77 faizsəs toplayıb.

...Və onların hamısı səsvermənin nəticələrini qəbul etməkdən imtina edib.

Gürcüstan prezidenti Salome Zurabişvili də seçkinin nəticələrinə qarşı çıxıb. O, ölkənin keçmiş prezidenti Mixail Saakaşvili ilə birlikdə etirazlara çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə