Rusiyada qiymət artımı tüğyan edir...

Putin Rusiya iqtisadiyyatındakı problemləri açıqlayıb

...Rusiya iqtisadiyyatında çətinliklər qalmaqdadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya liderı Vladimir Putin bunu bazar ertəsi iqtisadi iclasda deyib. Onun sözlərinə görə, problemlərin səbəbi ölkənin düşdüyü “çətin şərait” olub.

...Bunlar xarici sanksiyalar və bizim öz struktur məhdudiyyətlərimizdir, o cümlədən kadr və texnologiya, logistika çatışmazlığıdır.

Putin qeyd edib bunu.

...O əlavə edib ki, bütün bu amillər 2023-cü ilin yayından etibarən demək olar ki, dörd dəfə sürətlənərək Mərkəzi Bankın ardıcıl dördüncü il üçün nəzərdə tutduğu 4 faizlik hədəfi üstələyən inflyasiya səviyyəsinə təsir edir.

...Müsbət tendensiyaların möhkəmlənməsi və daha davamlı olması üçün iqtisadi siyasət tədbirlərinə vaxtında düzəliş etmək vacibdir.

Qeyd edək ki, Putin bunu Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov, həmçinin Administrasiya rəhbərinin müavini və prezidentin iqtisadiyyat üzrə köməkçisi Maksim Oreşkinin də olduğu rəsmilərə deyib.

...Rosstatın məlumatına görə, oktyabrın 21-nə Rusiyada illik inflyasiya 8,5 faiz təşkil edib və Mərkəzi Bankın siyasətinin kəskin sərtləşdirilməsinə baxmayaraq, ötən ilin oktyabr ayı ilə müqayisədə (6,7 faiz), demək olar ki, dörddə bir sürətlənib.

...İlin əvvəlindən rəsmi statistikaya görə, kartof 50 faiz, kərə yağı 23,4 faiz, quzu əti 21,1 faiz, süd 11,8 faiz, xama 11,9 faiz, çörək 11.2 faiz bahalaşıb. Mal ətinin qiyməti 10 aydan az müddətdə 10,2 faiz, alma isə - 13,1 faiz bahalaşıb.

Tikinti materialları və mehmanxanalarda yerləşmə qiyməti təxminən 20 faiz, ictimai nəqliyyatda gediş qiymətləri isə 10 faizdən çox artıb.

...Qiymət artımlarını saxlamaq üçün gələn il pul siyasətinin əhəmiyyətli dərəcədə sərtliyinə ehtiyacımız olacaq.

Bunu deyən Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, əlavə edib ki, Mərkəzi Bank əsas faiz dərəcəsinin daha da artırılması üçün “limit” görmür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə