Bacısını qayışla boğaraq öldürməkdə ittiham olunan şəxsə hökm

Bacısını öldüməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüsüynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məhəmməd Şahbazov barəsində başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsindən 120.1 ci maddəsinə tövsif olunub, təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il mayın 16-da Cəlilabad şəhərində baş verib.

Belə ki, təqsirləndirilən şəxs bacısının İraqda yaşayan şəxslə telefonla danışdığını öyrənib. Bununla bağlı ona irad bildirib. Məhəmməd Şahbazov telefonla danışğa qadağa qoysa da, bacısı onunla əlaqə saxlamaqda davam edib. Təqsirləndirilən Məhəmməd Şahbazov 20 yaşlı bacısını qayışla boğaraq öldürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə